Xarici KİV-in bu gün yaydığı məlumata görə, Çin Ədən körfəzinə 3 gəmi göndərib. Onlar burada mülki gəmilərin mühafizəsini həyata keçirməklə, onları müşaiyyət edəcəklər («Sinxua» agentliyi). Agentliyin məlumatına görə, bu məqsədlə «Tzinan» raket esminesi, «İyan» raket-mühafizə freqatı və «Tsiyandaoxu» dəstək gəmisi Çjouşan limanını (Çjetszyan əyaləti) tərk edib.
Xəbərdə deyilir ki, gəmilərdə 2 helikopter, xüsusi təyinatlı qüvvələrin onlarla əskəri və Çin ordusunun 800 əskər və zabiti yerləşdirilib.
Ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandir müavini Du Tsizinçen bildirib ki, son günlər Ədən görfəzi ətrafında təhlükəsizliklə bağlı durum xeyli dəyişib, Somali sahillərində vəziyyət isə əvvəlki kimi gərgin olaraq qalır.
Məlumata görə, altı ildən artıqdır ki, Çinin hərbi gəmiləri Ədən körfəzində və Somalinin sərhəd suları yaxınlığında üzür. Bu müddət ərzində Çin HDQ gəmiləri 6 mindən çox Çin gəmisini və xarici gəmiləri müşaiyyət ediblər.
AzPolitika.info


Şərhlər