Menu

ABŞ və Britaniya Qazaxıstanda hərbi təlimlərə başlayır

04.04.2015, 00:23
ABŞ və Britaniya Qazaxıstanda hərbi təlimlərə başlayır

Təlimlər iki mərhələdə həyata keçiriləcək

Qazaxıstan KİV-nin yaydığı məlumata görə, ABŞ və Böyük Britaniya hərbçiləri bu ölkədə «Səhra qartalı-2015» hərbi təlimləri keçirəcəklər. Təlimlər 2 mərhələdə - aprel və iyun aylarında baş tutacaq.

Qazaxıstan Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərin birinci mərhələsi aprelin 3-də «İliysk» poliqonunda (Alma-atı vilayəti) başlanacaq. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir: «Təlimlərin birinci həftəsində hərbi bölmələr taktiki tapşırıqların yerinə yetirilməsi məsələlərini öyrənəcəklər. İkinci həftədə isə sərbəst taktiki şəraitə uyğun olaraq çöl təlimləri həyata keçiriləcək».

Böyük Britaniya hərbçiləri Qazıxıstan hərbçiləri ilə birlikdə sülhün və beynəlmiləl birliyin təmin olunması məqsədilə bacarıqların yüksəldilməsi istiqamətində taktiki məşğələlər keçəcək, ABŞ hərbçiləri isə qərarların qəbulu məsələsində hərbi prosedurların təkmillədirilməsi üzrə məşqlər həyata keçirəcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol