Menu

Böyük Vətən müharibəsinin 100 yaşlı veteranı özünü asdı

04.04.2015, 08:58
Böyük Vətən müharibəsinin 100 yaşlı veteranı özünü asdı

Rusiyanın Çita şəhərində Böyük Vətən müharibəsinin 100 yaşlı veteranı Yuri Kelyak intihar edib. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Rusiya İstintaq Komitəsinin yerli idarəsindən bildirilib.

“Yuri Kelyak övladları ilə yaşayıb, o evdə tək olduğu vaxt özünü asıb”, deyə mənbə bildirib. Onun sözlərinə görə, bundan əvvəl o dəfələrlə həyatdan yorulduğunu bildirib.

Fakt üzrə araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol