Bu gün Müsavat Partiyasının Məclisinin işini işıqlandırmaq üçün bu təşkilatın qərarganında olan jurnalistlər toplantıdan çıxarılıb. Bu barədə musavat.com-a əməkdaşımız Cavanşir Abbas məlumat verib. O, deyib ki, jurnalistlər Müsavat başqanının müavini Elman Fəttahın təklifi ilə iclas gedən salondan çıxarılıblar. Başqan müavini deyib ki, çıxışı partiyadaxili məsələlərlə bağlıdır. Jurnalistlər də operativ xəbər yayarkən, təhriflərə yol verirlər. : " Səhərdən başlayan iclasa dair xəbərlərdə bəzi təhriflər olunub. Bəzi saytlar düzgün məlumat verməyiblər. Bu baxımdan çıxışımda bir sıra məlumatları mətbuatın bilməməsi lazımdır. Partiyadaxili məsələdir".


Şərhlər