Menu

Daha bir alman təyyarəsi qəfl eniş etdi

04.04.2015, 17:51
Daha bir alman təyyarəsi qəfl eniş etdi

"Germanwings"a aid təyyarə Ştutqart hava limanına düşüb

Kölndən İtaliyanın Venesiya şəhərinə uçan Almaniyanın "Germanwings" aviaşirkətinə məxsus A319 təyyarəsi Ştutqart aeroportuna planlaşdırılmamış eniş edib. Anspress-in məlumatına görə, hava limanının rəhbəri Qeorq Fundel bildirib ki, eniş zamanı heç kim zərər çəkməyib.

Alman agentliyi DPA xəbər verib ki, təyyarədə texniki nasazlıqlar baş verib. Yaranmış qəzalı vəziyyətə görə hava nəqliyyat vasitəsi eniş edib. Lakin "Germanwings" bu informasiyanı təkzib edib.

Şirkətin mətbuat xidmətinin nümayəndəsi deyib ki, pilot təhlükəsizlik qaydalarına görə belə bir qərar qəbul edib. Amma eniş qəzaya görə olmayıb. Əsl təfərrüatlar sonra aydınlaşdırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol