Menu

Azərbaycanlıların olduğu gəminin batma səbəbləri açıqlandı - Video

04.04.2015, 19:18
Azərbaycanlıların olduğu gəminin batma səbəbləri açıqlandı - Video

Batan gəmidən xilas olan ekipaj üzvü mümkün səbəbləri açıqladı

Uzaq şərq sahillərində batan “Dalniy Vostok” trauler gəmisinin xilas olunan ekipaj üzvlərindən biri gəmi qəzasının mümkün səbəblərini açıqlayıb. ANS TV-nin məlumatına görə, Rusiya kütləvi-informasiya vasitələrindən bildirilib ki, ekipaj üzvü olan motorist Dmitri Dmitriyeviç açıqlamasında gəminin öz göyərtəsinə həddindən artıq balıq yüklədikdən sonra əyilməyə başladığını deyib.

“Əyilən gəminin müvazinətini tənzimləmək üçün heç nəyimiz yox idi. Gəmi isə əyilməyə davam edirdi. Havanın da küləkli olması onun çevrilərək batmasına təkan verdi”, - deyə xilas olan ekipaj üzvü bilidirib.

Aprelin 2-də Oxot dənizində “Dalniy Vostok” gəmisinin batması nəticəsində 56 nəfər ölmüşdü. Hadisənin səbəbləri araşdırılır.

“Dalniy Vostok” trauler gəmisində həmçinin 7 azərbaycanlının olduğunu deyilir. Bildirilir ki, azərbaycanlılardan 3-ü xilas olunub, 4 nəfər isə itkin düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol