Menu

Yatsenyuk bədbin proqnoz verdi - Video

04.04.2015, 20:32
Yatsenyuk bədbin proqnoz verdi - Video

Ukraynanın baş naziri Arseni Yatsenyuk münaqişənin hələ uzun müddət davam edəcəyini deyib. Anspress-in məlumatına görə, o, alman qəzetinə müsahibəsində ölkənin şərqindəki münaqişənin yaxın zamanlarda həll ediləcəyinə ümid etmədiyini bildirib.

"Mən açıq danışacam. Biz bu münaqişəni tez zamanda aradan qaldıra bilməyəcəyik. Mənim fikrimcə, bu münaqişənin qısa vaxt ərzində həll edilməsi şansı azdır, hətta deyərdim ki, çox azdır", - deyə baş nazir bildirib.

"Razılaşma sadəcə mövcuddur, vəssalam", - deyən baş nazir həmçinin bildirib ki, Minskdə əldə olunan razılıqlara tam əməl olunmur.

Bundan başqa Yatsenyuk ABŞ silahlarının Ukraynaya gətirilməsini dəstəklədiyini bir daha bildirib və qeyd edib ki, bunlar yalnız müdafiə məqsədilə istifadə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol