Menu

Tanınmış aktyor atasını vəhşicəsinə öldürdü

04.04.2015, 22:42
Tanınmış aktyor atasını vəhşicəsinə öldürdü

Türkiyədə bir neçə seriala çəkilmiş gənc aktyor Orxan Şimşək (Orhan Şimşek) atasının boğazını kəsərək, onu öldürüb.Musavat.com xəbər verir ki, gənc aktyor Orxan Şimşək cinayəti etiraf edib və qətli törətidiyi an haqqında danışıb: "Yol kənarında dayanmışdıq. O zaman içimdən bir səs mənə "Atanı öldür, yanımıza gəl" deyə səsləndi. Mən də baqajdakı bıçağı götürüb, atamı öldürdüm".

O.Şimşək, atasının oğazını acı çəkməsin deyə kəsdiyini deyib: "Kürəyinə bıçaqla vurduğum zaman atam məndən üzr istədi. Bir anda təəccübləndim və öldürməmək haqda düşündüm. Amma o, bu vəziyyəti fürsət bilərək bıçaq tutduğum əlimi dişləməyə başladı. Hirsləndim, bu zaman məni söyməyə başladı. Küfr etdiyini eşidincə özümü itirdim və yorulana qədər bıçaqladım. Özümə gəlincə atamın can verdiyini anladım və acı çəkməməsi üçün boğazını kəsdim"

O.Şimşək hazırda ayrı hücrədə saxlanılır. O.Şimşək müxtəlif televiziya kanallarında yayımlanan seriallarda rol alıb və son olaraq yanvar ayında ortadan itib. Bir müddət sonra isə psixoloji müalicə görməyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol