Milli Şuranın bu gün saat saat 15:00-a təyin olunmuş mitinqi başlayıb. Mitinqin "Məhsul" stadionunda keçirilir. Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Aksiyada bəzi müxalif partiyaların iştirakı da gözlənilir.
Milli Şuranın liderləri də artıq meydana daxil olublar.

Sonra söz AXCP sədri Əli Kərimliyə verildi. AXCP sədri aksiyada çıxışında deyib:"İkinci dəfədir ki, talana son demək üçün toplaşmışıq. 15 martda izdihamlı mitinqdə dövlətdən talana son deməyi tələb etdik. Ancaq hər zamanki kimi hakimiyyət kosmetik addımlardan başqa ciddi tədbirlər görmədi. Soyğunçuluğu davam etdirir. Onlara yalana davam edir, biz də mübarizəyə son qoymamalıyıq....
Hakimiyyət hər addımı ilə sübut edir ki, xalqın dərdinə yabançıdırlar. Azərbaycanda hazırda pulsuzluq üzündən xəstəliklərini müalicə edə bilməyən, əməliyyata gedə bilməyən minlərlə xəstə var. Amma buna baxmayaraq artıq inidən Respublika Sarayının qarşısı bağlanaraq 10 maya hazırlıq görürlər. Bizə belə hökumət lazımdırmı?...

Azərbaycanda agır xəsətəklikdən əziyyət çəkən, müalicə oluna bilinməyən çoxsayda insanlar var. Onlar nə özləri yaxınları müalicə ola bilmir. Ancaq Respublika Sarayının qabağı bağlanıb. Onlar özlərinin gül bayramına hazırlaşırlar. İnsanlar çətin vəziyyətdə ola ola bunlar 15 ildir öz mənasız bayramlarını edirlər. Bizə belə bir hökümət lazımdırmı?
Xalqın 8 milyardı xərclənəndən sonra məlum oldu ki, bir neçə ay sonra keçiriləcək yarışma sadəcə olara Avropa Oyunlarıdır. İlk Olimpiya Oyunları isə Berlin və Qlazqo şəhərlərində keçiriləcək
Hakimiyyət hər addımı ilə sübut edir ki, xalqın dərdinə yabançıdırlar. Azərbaycanda hazırda pulsuzluq üzündən xəstəliklərini müalicə edə bilməyən, əməliyyata gedə bilməyən minlərlə xəstə var. Amma buna baxmayaraq artıq inidən Respublika Sarayının qarşısı bağlanaraq 10 maya hazırlıq görürlər. Bizə belə hökumət lazımdırmı?"
Ə.Kərimli çıxışının sonunda aksiya iştirakçılarına müraciət edərək bundan sonra aksiyaların davam etdirilib-etdirilməməsini soruşdu və emydandan "davam" cavabını aldı.

Problemlər qəlizdir. bziim dəyərlərimizi oğurlamağa başladırlar, sonra dindarlarımızı, sonra azad söz deyənləri, jurnalistləri, ziyalıları oğurlamağa başladırlar. İndi isə cibimizə girirlər. Hər bir xalqın ruzisi olur. Hakimiyyət o ruzini oğurlamağa cəhd göstərir".
Aksiyanın təşkilatçıları bildirirlər ki, hakimiyyət aksiya keçirilən "Məhsul" stadionunun ətrafındakı binalardan aksiyaçıların üzərinə kartof-soğan atdırır.

Elman Rustəmov (Mərkəzi Bankın sədri) çıxış edib dedi ki, devalvasiyaya uğrayan neftdir. Xeyir, devalvasiyaya uğrayan Azərbaycan iqtisadiyyatdır. Devalvasiyaya uğrayan manat, neft yox, Azərbaycan iqtisadiyyatıdır. Çünki bu iqqtisadiyyat sadəcə kağız üzərindədir. Niyə neft pulları gələndə şirkətlər açılmadı, mərmərlər döşəndi, pullar havaya sovruldu. indi insanlar acınacaqlı cəziyyətdədir.
Bu çətin vəziyyətdə hakimiyət islahatlara başlamalıdır. İqtisadiyat liberallaşmalı, korrupsiyanın qarşısı alınmalı, sahibkarların işinə şçərait yaradılmalı, inhisarçılıqla mübarizə aparılamalı, anti-böhran tədbirləri olamlıdır.
Lakin hakimiyyət dua etməklə məşquldur ki, neft 150 dollara qalxsın hökümət əvvəlki siyasət davam etsin.
Olimpiya oyunları, idman tədbirləri gözəl addımlarıdr. Onların əleyhinə deyilik. İdmançılarımızın səsi daha yüksəkdən gəlsin. Həkim 200, mədəniyət işçisi 150 manat aldığı halda 8 milyard xərcələnən olimpiya oyunlarını dəstəkləyirsinizmi?
Olmuşdu hər yarağımız, çatmırdı saqqal-darağımız.Hələ də gec deyil, talan edilsə də, mənimsəniləsədə gec deyil, xalqın mənafeyini, gələcəyini düşünürlərsə, hüquqi, sosial, siyasi islahatlara başlanılmalıdır. Azad seçki mühiti yaradılmalıdır. Bunlar olmasa ölkəmizi gözləyən aclığın, səfalətin qarşını almaq mümkün olamayacaq. Bunları etməyə hakimiyəti məcbur etmək üçün bigə addımlaımalı, mübarizə aparmağlıyıq"

İş elə həddə çatıb ki, indi xalqın qəbirsanlığını satırlar, əcdadlarımızın sümüyü ilə alver edirlər. Bu sondur. Xalq buna baş əyməməlidir.
Bu meydanda Azərbaycana istiqlal qazandıran, hələ də mübarizəsini davam etdirən insanlar var. Onlar mübarizə apardığı Azərbaycana sahib olacaqlar.
Yüzminlərlə vətəndaşlar sizin sıralarınıza qoşulub sizinlə bərabər "Talana son" deyə bilmir. Ancaq onların ürəyi sizinlədir. Biz bu yola Azərbaycan xalqını sevə-sevə çıxdıq.
Bizim mübarizəmiz siyasi çərçivədən çıxıb şərəf uğrunda mübarizədir. İntihar eləyən Qarağag qaziləri, kreditlərini verə bilməyənlər uğrunda mübarizə aparırıq.
Heç bir xalq mübarizəsiz azadlığa qovuşmayıb. Biz ona görə bu meydandayıq ki insan olduğumuzu sübut edək."

AXCP Gənclər Komitəsinin idarə heyətinin üzvü Emil Səlimov isə çıxışında gəncləri daha da mübariz olmağa səsləyib.

Bu ölkədə iqtisadiyat deyilən şey yoxdur, neft var. Neft pulları gəldikcə saga-sola dağıtdılar.
Millət öz iradəsini nümAYiş etdirməlidir. Talana, soyğunçluğa, yalana, ədalətsizliyə, dinsizliyə son deməlidir.
Bir anlığa 100 bundan qabaqkı hadisəyə diqqət yetirək.
Əhməd Ağaoğlunun Zərdabinin dəfnində deyir: "Sən ki gedirsən o dünyada tutarsan babalarımızın yaxasından, soruşarsan a kişi, bu nə Vətəndir qoymusan: vəzifəliləri rüşvətxor, ziyalıları didişir bir-biri ilə."
Üzərindən 100 ildən çox vaxt keçib nə dəyişdi. Gənclik, Ağaoğlunun səsini eşit, bu millətin taleyini sizlər həll edəcəksiz.
Kreditlər kredit kimi verilmir əsarət aləti kimi verilir - 25-30 faizlə kredit alıb nəyi inkişaf etdirmək olar? Elə bir ailə yoxdur ki, kredit əsarətinə düşməsin. Fevraldan sonra kredit faizlərini ödəmək imkanı yoxdur. Ölkəni, xalqı bu vəziyətə satanlar düşünməlidir ki, Azərbaycan xalqı ona görə müstəqil olmuşdu ki, vəzifəlilərin əsarətinə düşsün?
Müstəqil olmaq hələ azad olmaq deyil. Azərbaycan xalqı özəl mübarizə yolu keçməlidir, bu mübarizənin önündə gedən sizlərsiniz. Talana və yalana son deməlkə bərabər namuslu adamları, vcdanlıları müdafiə etmək hamımızın borcudur. Ona görə bu mübarizədə varıq ki Azərbaycan cəmiyətinə böyük mübarizə nümunəsi verən Xədicə İsmayılı müdafiə edək, Leyla Yunsu müdafiə edək.
Saxta ittihamlarla, böhtanla həbsdə olan Rəşadəti, Öməri, Məhəmmədi müdafiə edək.
Hakimiyyətin səbrin sındırmış İlqar Məmmədov, Tofiq Yaqubl, Yadiğar Məmmədlinin ittihamlardan azad olaraq sizin sıralara qoşulamsı üçün siyasi məhbuslara azadlıq tələb etməliyik.

Bir neçə gün əvvəl İlkin Rüstəmzadə zəng edib, mübarizənizi alqışlayır, sizinlə birgə olduğun bildirib.
Bu ğlkənin rüşvəti bank hesabına köçürürlər. İntiqamı, Rəsulu ona görə həbs edirlər ki, guya vergidən yayınıb. Sübut tapmadıqlarına görə İntiqamın ofisindən möhürü sənədləri görütütb kimə istəyirlərsə maaş yazır, saxta ittihamla onu həbsdə saxlayırlar. Bu saxta işləri görənlər çox keçməyəcək ki, xalqın qarşısında cavab verəcəklər.
Ölkəmizdə ədalət ərşə çəkilib. Şəhid ailəsi illərdir ona çatacaq qan pulunu gözləyir, vermirlər."
Sonda mitinqin qətnaməsi oxunub. Milli Şura rəhbərləri aksiyaların bundanj sonra da davam edəcəyini bildirərək aksiyanı sonra çatdırıblar. Növbəti etiraz aksiyasının vxtı hələ elıan edilməyib. Mitinq "Koroğlu" uverturasının səslənməsi ilə başa catıb.Təşkilatçıların məlumatına görə, aksiyada 10 min nəfər iştirak edib.































Şərhlər