Menu

İsrail əsgərləri 9 fələstinlini həbs ediblər

05.04.2015, 16:50
İsrail əsgərləri 9 fələstinlini həbs ediblər

İsrail əsgərləri İordan çayının qərb sahilində 9 fələstinlini həbs ediblər. Musavat.com-un məlumatına görə, bu barədə hadisənin şahidləri xəbər veriblər. Onlar bildiriblər ki, İsrail hərbçiləri səhər saatlarında Beytullahim yaxınlığındakı Əd-Dehişe qaçqın düşərgəsinə basqın edərək, 2 fələstinlini həbs ediblər.

İsrail əsgərlərinə müqavimət göstərən gənclər onlara gözyaşardıcı bomba atıb və plastik mərmilərlə atəş açıblar. Nəticədə İsrail əsgərləri gənclərə həqiqi güllələr ilə cavab veriblər və 1 fələstinli yaralanıb. Bundan sonra İsrail əsgərləri 7 fələstinlini də həbs ediblər.

İsrail radiosu isə açıqlama verərək, bildirib ki, həbs olunan fələstinlilərdən 3 nəfəri HƏMAS üzvüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol