Menu

Gömrük Komitəsi Mirməhəmməd Seyidovla bağlı məlumat yaydı

18.12.2013, 18:05
Gömrük Komitəsi Mirməhəmməd Seyidovla bağlı məlumat yaydı

“2013-cü il dekabrın 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars Hava Limanında polis tərəfindən saxlanılıb"

Dövlət Gömrük Komitəsi (DGK) Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə saxlanılması ilə bağlı məlumat yayıb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Seyidov məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə gedib: “2013-cü il dekabrın 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars Hava Limanında polis tərəfindən saxlanılıb. O, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır Vilayət Prokurorluğuna dəvət edilib”.

Məlumatda bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı Baş Konsulluğu tərəfindən bu məsələnin tezliklə həlli istiqamətində lazımi tədbirlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol