Menu

Təqaüdçülərin 60%-i yaşa görə pensiyaya çıxıb

05.04.2015, 19:10
Təqaüdçülərin 60%-i yaşa görə pensiyaya çıxıb

Azərbaycanda yaşa görə təqaüdçülər 60,6% təşkil edir.Dövlət Sosial Müdafiə Fondunun pensiya və müavinətlər şöbəsinin rəhbəri Elşən Məmmədəliyev jurnalistlərə bildirib ki, 1 mln. 293 min nəfər pensiya alandan 783 min 518 nəfər bu kateqoriyaya aiddir. Qalan 28,5% və ya 369 min 170 nəfər əlilliyə, 10,9% və ya 140 min 515 nəfər ailə başçısını itirdiyinə görə alır.

Məmurun sözlərinə görə, 2016-cı il yanvarın 1-nə qədər orta aylıq pensiyanın həcmi 29,8 manat təşkil edib. Bu il yanvarın 1-i üçün bu göstərici 175,1 manat olub, o cümlədən yaşa görə orta pensiyanın həcmi hazırda 194,6 manat təşkil edir.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, fevralın 1-də ölkə əhalisinin sayı 9 mln. 602 min nəfər, pensiyaçıların xüsusi çəkisi 13,4% təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol