Menu

Husi qiyamçılar Ədən şəhərini ələ keçirir

06.04.2015, 08:59
Husi qiyamçılar Ədən şəhərini ələ keçirir

Hazırda qızğın döyüşlər davam edir

Yəməndəki husi qiyamçılar Səudiyyə Ərəbistanın onlara qarşı hava zərbələrinə baxmayaraq ölkənin “ikinci paytaxtı” – cənubdakı Ədən şəhərini ələ keçirməkdə davam edirlər. Anspress-in məlumatına görə, hazırda qiyamçılarla prezident Abdrabbuh Mansur Hadiyə sadiq qüvvələr arasında qızğın döyüşlər gedir.

Səudiyyənin başçılıq etdiyi ərəb koalisiyası Qırmızı Xaçın Yəmənə humanitar yardım gətirməsinə imkan yaradacağını vəd edib. Ötən şənbə Qırtmızı Xaç Ədəndə 24 saatlıq atəşkəsə çağırış etmişdi.

Husilər bildirirlər ki, onların tələbi prezident Hadi hökumətinin rəsmi istefasıdır. Qiyamçıları “Ərəb baharı” zamanı devrilən, keçmiş prezident Ali Abdullah Salehin tərəfdarları dəstəkləyirlər.

Qeyd edək ki, martın 26-dan bəri Yəməndəki zorakılıqlarda 185 nəfər həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol