Menu

Ərdoğan İrana gedir

06.04.2015, 11:19
Ərdoğan İrana gedir

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan aprelin 7-də İrana səfəri zamanı yüksək səviyyəli görüşlər keçirəcək.

Reuters agentliyi yazır ki, bu səfər iki ölkə arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.

İranın bəzi deputatları səfərin təxirə salınmasına çağırıblar. Səbəb Erdoganın açıq şəkildə Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyatlarına tərəfdar çıxmasıdır. Səudiyyə İranın dəstəklədiyi huti silahlılarına zərbələr endirir.

İranla Türkiyənin güclü iqtisadi əlaqələri var. İran Türkiyənin ikinci böyük təbii qaz təchizatçısıdır.

Diplomatik münasibətlər son illər – qonşu Suriyada vətəndaş müharibəsinin həlli ilə bağlı narazılıqlar səbəbindən gərginləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol