Menu

Vurğun Əyyub Müsavata meydan oxudu: "Nə istəyirlər, etsinlər"

07.04.2015, 12:23

Musavat“Müsavatçı artıq Müsavat Partiyasının üzvü olanda üzərinə öhdəlik götürüb. Mənim indi kiminsə qarşısında öhdəlik götürmək, kiməsə müraciət etmək niyyətim yoxdur”. Bunu APA-ya açıqlamasındaMüsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyub deyib.

V. Əyyub bildirib ki, partiya qarşısında öhdəlik götürməyəcəyi təqdirdə, deputatlığa namizədliyinin təsdiq olunmaması Məclisin problemi olacaq: “Məclis maraqlı olmalıdır ki, Vurğun Əyyub Müsavat adından seçkilərdə iştirak etsin. Bunlar məni maraqlandırmır. Heç bir ərizə yazmayacağam. Nə istəyirlərsə, edə bilərlər”.

Xatırladaq ki, Müsavat Partiyası Məclisinin aprelin 4-də keçirilən iclasında deputatlığa namizəd olmaq istəyən şəxslərin partiya başqanının adına ərizə yazması, partiya qarşısında öhdəlik götürməsini əks etdirən təlimat qəbul olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol