Menu

Obama Ağ Evdə rəqs etdi - VİDEO

07.04.2015, 17:22
Obama Ağ Evdə rəqs etdi - VİDEO

Barak Obamanın həyat yoldaşı Pasxa bayramında səhnəyə çıxıb

ABŞ-ın birinci xanımı Mişel Obama Ağ Evdə rəqs edib. Anspress-in məlumatına görə, ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Ağ Evdə təşkil edilən Pasxa bayramında səhnəyə çıxıb.

Mark Ronsonun "Uptown Funk" adlı musiqisinin müşayəti ilə rəqs edən Mişel Obama bir xeyli əylənib. Həyat yoldaşından fərqli olaraq ABŞ prezidenti Barak Obama Pasxa tədbirləri çərçivəsində tennis oynayıb.

Qeyd edək ki, M.Obama bundan öncə də bir tədbirdə rəqs edib. ABŞ birinci xanımı kökəlmə probleminə və sağlam qidalanmaya diqqət çəkmək məqsədiylə müxtəlif fəaliyyətlərdə iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol