Menu

İslam ölkələrində genosid!

08.04.2015, 00:24
İslam ölkələrində genosid!

ABŞ bunu «terrorizmlə mübarizə» kimi təqdim edir

Britaniyalı jurnalist Nil Klark hesab edir ki, ABŞ «terrorizmlə mübarizə» adı altında həyata keçirdiyi genosid əməllərinə görə, cəzalandırılmalıdır!

Jurnalist yazır ki, ABŞ «terrorizmlə mübarizə» adı altında gerçək genosid əməlləri həyata keçirir. Bu gün Pakistanda, Yəməndə, Suriyada minlərlə insanı qətlə yetirən ABŞ, xalqı inandırmağa çalışır ki, bütün bu «missiya»lar yalnız müdafiə məqsədi daşıyır («RiaNovosti»).

ABŞ-ın başçılığı altında həyata keçirilən «terrorizmlə mübarizə» tədbirlərinə aid bir hesabata söykənən Klark qeyd edir ki, bu təbdirlər nəticəsində İraqda, Əfqanıstanda və Pakistanda ən azı, 1,3 milyon insan həlak olub! Onun sözlərinə görə, bombardmanlar zamanı dinc əhali faktoru nəzərə alınmır. Tez-tez pilotsuz uçaqların ilk hücumlarının ardınca ikinci hücum başlanır ki, bu da bombardmanlardan sonra sağ qalanların axtarışı ilə məşğul olan insanlara qarşı yönəlmiş olur.

Klark yazır: «Neokonservatorlar çoxlu sayda insan ölümü, böyük dağıntılar və insan əzablarına görə tam məsuliyyət daşıyırlar. İndiki situasiya faşist Almaniyasında yüksək postlar tutmuş nasistlərin İkinci dünya müharibəsindən sonra mühakimə olunması ilə müqayisə edilə bilər. Neokonservatorlar hələ də məsuliyyətə cəlb olunmayıblar. Qan axıdılması isə davam edir...»

Jurnalist «müharibə təbili çalan» ABŞ KİV-ni baykot etməyə çağırır və israr edir ki, «terrorizmlə müharibə»nin banilərinin və tərəfdarlarının həbs olunması üçün mümkün olan hər şey edilməlidir.

Ardınca, jurnalist belə yazır: «Müharibələri alovlandıran bu kəslər genosidi inkar edirlər. Onlar total nifrətə layiqdirlər!»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol