Menu

Gəncədə tapılan silah keçmiş Baş nazirin dostuna məxsus imiş

08.04.2015, 14:44
Gəncədə tapılan silah keçmiş Baş nazirin dostuna məxsus imiş

Gəncə şəhər sakini tapdığı odlu silahı və vasitələrini polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Gəncə şəhərində yaşayan Bahar İsmayıllı evinin çardağından tapdığı 1 ədəd "AKSU" markalı avtomat silahı, 155 ədəd müxtəlif çaplı patronu və 4 ədəd patron darağını könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə təhvil verib. Araşdırmalar zamanı evin əvvəllər İlqar Səfixanova məxsus olması müəyyən edilib.

Qeyd edək ki, İlqar Səfixanov vaxtilə sabiq Baş nazir Surət Hüseynovun yaxın adamlarından biri olub və 1994-cü il hadisələrindən sonra bir müddət məhkumluq həyatı yaşayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol