Menu

Fərəc Kərimli məhkəmədə hal şahidini ittiham edib - Foto

08.04.2015, 17:03
Fərəc Kərimli məhkəmədə hal şahidini ittiham edib - Foto

Aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat başqanının müavini Fərəc Kərimlinin məhkəmə prosesi keçirilib. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində iş üzrə sonuncu iki şahid ifadə verib.

Şahidlərdən Quliyev Dərgahın ifadəsində kifayət qədər ziddiyətli məqamlar ortaya çıxıb. Onun özü də etiraf edib ki, indiyə qədər 2-3 məhkəmədə hal şahidi kimi iştirakçı olub.

Təqsirləndirilən Fərəc Kərimli şahidin 180 nəfərə yaxın insanın üzünə durduğu bildirib. O, əksər insanların işində bu şəxsin hal şahidi qismində iştirak etdiyini qeyd edib.

Sonda Fərəc Kərimli özünü pis hiss etdiyindən ifadəsini növbəti məhkəmə prosesində verəcəyini bildirib.

Məhkəmə prosesi 15 aprel saat 14:30-a qədər təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol