Menu

Əfqan ordusu NATO ilə atışdı

08.04.2015, 20:04
Əfqan ordusu NATO ilə atışdı

İnsident zamanı bir Amerika hərbi qulluqçusu öldürülüb

Əfqanıstan ordusu ilə NATO qüvvələri arasında atışma olub. Anspress-in məlumatına görə, Nanqarxar əyalətində hökumət qoşunları ilə NATO hərbçiləri arasında baş verən atışmada 2 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Koalisiya qüvvələri komandanlığının məlumatına görə, insident zamanı bir Amerika hərbi qulluqçusu öldürülüb. Əfqan polisi də öz növbəsində milli ordunun bir hərbçisinin öldüyünü bildirib.

Yaralanan beş nəfərdən ikisinin amerikalı olduğu bildirilir.

Atışma əyalət qubernatorunun möhkəmləndirilmiş iqamətgahında baş verib. Baş verənlərin səbəbi hələlik açıqlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol