Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə Yunanıstanın baş naziri Aleksis Çiprasın görüşü olub.
Görüşdən sonra açıqlama verən Putin, Yunanıstanın Türk Axını Qaz Kəməri layihəsinə maraq göstərdiyini qeyd edib. O, bu vəziyyətin Afinanı Avropanın qaz bazasına çevirəcəyini vurğulayıb.
“Türk axını” ilə bağlı detallı müzakirələr apardıq” deyən Putin, Yunanıstanın layihədə iştirak etməsilə bağlı konkret addımlardan bəhs etmək üçün mütəxəssislərin aparacağı qiymətləndirmələri gözləmək lazım olduğuna işarə edib.
Yunanıstanın baş naziri Çipras isə, Türk Axını Qaz Boru Kəmərinin adının qulağa xoş gəlmədiyini, ancaq layihə ilə məşğul olduqlarını bildirib. Çipras, Yunanıstanın enerji təhlükəsizliyini zəmanət altına almaq üçün “Türk Axını” layihəsi ilə ölkəsinin sərhədlərinə gələcək qazı almaq istədiklərinə qeyd edib. /"Marja"


Şərhlər