Menu

NKVD və KQB arxivləri açılacaq

09.04.2015, 16:51
NKVD və KQB arxivləri açılacaq

Ukrayna Ali Radası “1917-1991-ci illər ərzində kommunist-totalitar rejimin repressiv orqanlarının arxivlərinin açılması haqqında” qanun qəbul edib. APA-nın “censor.net” saytına istinadən yaydığı məlumata görə, qanunun lehinə 261 deputat səs verib. Bu qərarla NKVD (Narodnıy Komissariat Vnutrennix Del) və KQB-nin (Dövlət Təhlükəsizlik Komitəsi) Ukraynadakı arxivləri Milli Yaddaş İnstitutuna veriləcək və bu sənədlərin üzərindəki məxfilik qrifi qaldırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol