Menu

Bakıda iş adamına 1,5 milyon manat “atdılar”

09.04.2015, 17:29
Bakıda iş adamına 1,5 milyon manat “atdılar”

Jurnalistin gözünü çıxarmaqla gündəmə gələn iş adamı polis bölməsinə müraciət edib. Nərimanov rayonu ərazisində mənzil tikintisi ilə məşğul olan 1965-ci il təvəllüdlü Səxavət Kərimov bildirib ki, ötən ilin dekabrında İlqar adlı şəxs ondan 1 milyon 432 min manat alıb və hələ də qaytarmayıb.

Qeyd edək ki, 15 noyabr 1997-ci ildə S.Kərimov Zəngilan rayon İcra Hakimiyyəti başçısının kabinetində "Haqqın sədası" qəzetinin redaktoru Elman Teymuroğlunun gözünü qələmlə çıxardığı üçün Səbail Rayon Məhkəməsinin hökmü ilə 30 yanvar 1999-cu ildə 3 il icbari iş alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol