Menu

"İslam dünyası dağılmaq təhlükəsi ilə üz-üzədir" - Ərdoğan

09.04.2015, 20:05
"İslam dünyası dağılmaq təhlükəsi ilə üz-üzədir" - Ərdoğan

İslam dininin sünni və şiə qolları arasındakı hazırkı münaqişə müsəlman dünyasını dağıda bilər. SalamNews-un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib: “Hazırda islam dünyası dağılmaq təhlükəsi ilə üz-üzədir. Bu təhlükələrin qarşısını almaq üçün təcili addımlar atmaq lazımdır.

Müsəlmanlar islamın müxtəlif cərəyanlarına etiqad edə bilərlər, lakin bilin ki, bir cərəyanı digərindən üstün tutmaqla, siz ümməti parçalayırsınız!"

Türkiyə prezidenti gərginliyin yumşaldılmağına yardımçı olmağa çalışacağına və bunun üçün islam dininin liderləri ilə görüşəcəyinə söz verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol