Monetar genişlənmə (Quantitative easing - QE), Avropaya iqtisadi hədəflərə çatmaq üçün dəstək verə bilər. Ancaq monetar genişlənmə eyni zamanda avronun qlobal valyuta ehtiyatı pul vahidi olaraq cazibədarlığını azaldaraq uzun perspektivdə onu zəiflədir.
Mərkəzi banklar ötən il avroda olan aktivlərini rekord səviyyədə aşağı salıblar. Hazırda dünya üzrə valyuat ehtiyatlarının yalnız 22%-i avrodadır. Avro Bölgəsində 5 il əvvəl baş vermiş borc böhranı ərəfəsində bu nisbət 28% səviyyəsində idi. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatları dollar və yendə aktivlərin yüksəldiyini göstərir.
Parisdə yerləşən Societe General SA-nın strateqi Daniel Fermon, "Bir rezerv pul vahidi olaraq Avro dəyərdən düşür. Problem ondan ibarətdir ki, hal-hazırda Avro üçün "tavan"ı görə bilmirik" deyib.
Avropa Mərkəzi Bankının (AMB) Prezidenti Mario Draghi, əvvəllər Avroda ehtiyatların azalmasını məmnuniyyətlə qarşılayırdı. Çünki zəif valyuta məzənnəsi qitəni daha rəqabətədavamlı hala gətirir.
Mizuho Bank Ltd. daxil olmaq üzrə bəzi banklar, pul vahidinin azalan çəkisinin iqtisadiyyatın etibarının azaldığını əks etdirdiyi barədə xəbərdarlıq edir. Avro Bölgəsi iqtisadiyyatı ötən üç ilin ikisində geriləyib.
Avro ehtiyatlarındakı azalma, digər mərkəzi bankların AMB-nin bir ay əvvəl başlayan 1.1 trilyon avroluq (1.2 trilyon dollar) istiqraz alışı proqramını, pul vahidinin (Avronun) qlobal statusuna qarşı 1999-cu ildən bu yana ən böyük təhlükə kimi qiymətləndirdiklərinə işarə edir. /"Marja"


Şərhlər