Türkiyənin Adana və Hatay şəhərlərində Milli Kəşfiyyat İdarəsinə məxsus TİR-lərin dayandırılmağı ilə əlaqədar saxlanılan əsgərlər həbs edilib. SalamNews-un “Haberler”ə istinadla verdiyi xəbərə görə, qanunsuz dinləmə, casusluq, rəsmi sənədlərin saxtalaşdırılmağı, terror təşkilatı yaratmaq, Türkiyə hökumətini devirmək iddiaları ilə mühakimə edilən 32 əsgərdən 17-si həbs olunub, 15-i buraxılıb.


Şərhlər