Menu

Hicab məhbusu və daha iki dustaq “krıtı”ya göndərilir

10.04.2015, 19:38
Hicab məhbusu və daha iki dustaq “krıtı”ya göndərilir

Hicab məhbusu, Cenubnews.com-un baş redaktoru Araz Quliyev “krıtı”ya köçürülür.

Musavat.com-un adıçəkilən portala istinadən verdiyi xəbərə görə, onunla bərabər daha iki məhkum 14 saylı həbsxanadan Qobustan qapalı tipli həbsxanaya göndəriləcək.

Xatırladaq ki, 2014-cü il dekabr ayının 22 də məhkum Elşad Babayev sözügedən cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən karserdə öldürüldükdən sonra məhkumlar Babayevin ölümünə görə etiraz aksiyası keçiriblər. Aksiyada türmənin bir neçə əməkdaşını döyülməkdən xilas edən, həmçinin müəssisəyə ziyan vurmağa çalışan məhkumların qarşısını alan, üsyanı sakitləşdirməyə çalışan hicab məhbusları - Araz Quliyev, Anar Qasımlı, Ramil Vəliyev, Rza Ağalı, İlham Hətəmov və ibadət əhli olan digər dustaqlar 14 saylı həbsxananın rəisi Əli İbrahimov tərəfindən işgəncələrə məruz qalıblar.

Belə ki, İbrahimov əvvəl inanclı məhkumlardan Hətəmovu və Ağalını həbsxana daxilindəki karserə saldırıb. Sonra - dekabrın 26-da həbsxanaya xüsusi təyinatlı qüvvələr yeridilərək məhkumlar amansızcasına döyülüblər. Ardınca Araz Quliyev və Anar Qasımlı daxil olmaqla 11 məhkum işgəncə verilmək üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (“Tubzon”) aparılıblar.

Bir müddət orada saxlanılan məhkumlar yenidən 14 saylı türməyə qaytarılıblar. Burada onlar təzədən karsa, Araz Quliyev və Miryusif Əsədov isə “bunker”ə (gözdən uzaq yerin altında) salınıblar. Martın 11-dən sonra karserdə olan məhkumlardan 8 nəfəri cəza kamerasından azad edilib. Lakin Araz Quliyev, Miryusif Əsədov və Natiq adlı məhkumun karser cəzası Əli İbrahimov tərəfindən yenidən artırılıb.

Martın 19-da Ə.İbrahimov adıçəkilən üç məhkuma “bayram hədiyyəsi” edib. Həbsxana daxilində onların məhkəməsi keçirilib və onların Qobustan qapalı tipli həbsxanaya köçürülməsi barədə qərar çıxarılıb.

Onu da əlavə edək ki, Elşad Babayevin ölümünə görə hələ ki, türmənin heç bir əməkdaşı cəzalandırılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol