Menu

İranın AES olan şəhərində zəlzələ

11.04.2015, 11:01
İranın AES olan şəhərində zəlzələ

İranın cənub-qərb əyaləti Buşəhrdə zəlzələ hadisəsi baş verib. Anspress-in məlumatına görə, İranın cənub-qərbindəki Buşəhr əyalətində 4,7 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb.

Xəbərdə bildirilir ki, 4.7 bal gücündə yeraltı təkan Firuzabad şəhərindən 97 kilometr cənub-qərbdə müşahidə edilib.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

İran hökümətindən dağıntı və tələfat barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Fars Körfəzinin sahilində yerləşən Buşəhr əyalətində atom elektrik stansiyası mövcuddur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol