“İslam Dövləti” (İŞİD) terror təşkilatı ABŞ-da 2001-ci il 11 sentyabr terror aktını təkrarlamağa söz verib. SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə internetdə ekstremistlərin fəallığının monitorinqini aparan SITE təşkilatı məlumat verib.
İŞİD üzvləri amerikalıların ünvanına təhdidlə dolu kampaniyaya start veriblər. Ümumi heşteqlə - “BizYenəAmerikanıYandıracağıq” birləşən məlumatda 11 sentyabr terror aktı və Qərb ölkələrində keçmişdə baş vermiş hücumların linklərinə keçidlər, həmçinin yenilərinin törədiləcəyi ilə bağlı vəd yer alır.
Məlumata əsasən, hazırda heşteqdən istifadə sayı artıq 15 mini keçib, bu sayın böyük hissəsi kampaniyanın işə salındığı günün - dünənin payına düşür.


Şərhlər