NATO Moskvanı ittiham edir...
Rusiya Donbasdakı separatçıları silahlandırmaqda davam edir. Adının açıqlanmasını istəməyən NATO-dakı mənbəyə istinadən bu xəbəri Almaniya qəzeti «Frankfurter Allgemeine Zeitung» yayıb. Mənbə qeyd edib ki, burada söhbət hərbi avadanlıqdan, canlı qüvvədən və kadrların hazırlanmasından gedir.
Qəzet yazır ki, hazırda separatçıların əlində ikinci Mnsk razılaşması anında olduğundan xeyli artıq Rusiya istehsallı silah var. Qəzetin iddiasına görə, bu silahlar arasında tanklar, «BTR»-lər, artilleriya qurğuları, HHM sistemləri, o cümlədən, T-80 və T-90 tanklarının müasir modelləri var.
Xatırladırıq ki, bundan əvvəl də ABŞ və NATO Ukraynanın cənub-şərqində hərbi iştirakına görə Rusiyanı dəfələrlə günahlandırmışdı. Rusiya müdafiə nazirliyi isə hər dəfə ittihamı rədd edərək, sübutlar təqdim olunmasını tələb edirdi.
AzPolitika.info


Şərhlər