“Daxili işlər orqanları kimi ciddi bir qurumda rəhbər vəzifədə olan şəxs öz övladının öhdəsindən gələ bilmirsə, öz övladının həbsini xahiş edirsə, burda yaxşı heç nə yoxdur. Bu, həmin general haqqında da istər-istəməz mənfi imic yaradır. Əgər oğlunun həbsini general özü xahiş edibsə belə, bu nəyi dəyişir ki? Övladın pis işi ataya heç vaxt başucalığı gətirmir. Əgər kimsə fərqli cür düşünürsə, bu onun öz işidir. Hamı eyni cür düşünə bilməz ki...”. Bunları hüquqşünas Əyyub Kərimov moderator.az saytına açıqlamasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin həbsinə münasibət bildirərkən deyib.
Hüquqşünasın fikrincə, bu həbsi generalın özünün istədiyi barədə iddialar doğru olsa da, bu onu mənəvi məsuliyyətdən azad etmir:
İnsan alverinə qarşı mübarizə çox incə bir sahədir. Bu sahəyə istər əxlaqi, istərsə də digər sahələrlə bağlı heç bir problemi olmayan şəxs rəhbərlik etməlidir. Şəxsən mən belə düşünürəm”.
Vaqif NƏSİBOV/span>
AzPolitika.info

Şərhlər