Menu

Cəmil Həsənlinin qızının Apelyasiya şikayətinə baxılıb

13.04.2015, 18:25
Cəmil Həsənlinin qızının Apelyasiya şikayətinə baxılıb

Aprelin 13-ü Bakı Apelyasiya Məhkəməsində Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli barəsində Yasamal Rayon məhkəməsinin 20 fevral 2015-ci il tarixli qərarından verilmiş şikayət üzrə məhkəmə baxışı keçirilib. Əflatun Qasımovun sədrliyi ilə baş tutan məhkəmə prosesində ilk olaraq Günel Həsənlinin müdafiəçiləri Adil İsmayılov və Fəxrəddin Mehdiyev vəsatətlərlə çıxış edərək ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı baş vermiş hüquq pozuntuları məhkəmənin nəzərinə çatdırıldı. Bu iş üzrə növbəti məhkəmə prosesi aprelin 24-nə təyin edildi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol