Menu

Nazir oğlu və Rza Zərrab məhkəməyə gətirildi- Foto

20.12.2013, 13:38
Nazir oğlu və Rza Zərrab məhkəməyə gətirildi- Foto

İstanbul Baş Polis İdarəsində 14 vəzifəli şəxs işdən azad edilib

Türkiyədə rüşvət və qaçaqçılıq əməliyyatı çərçivəsində saxlanılan daxili işlər nazirinin oğlu Barış Gülər, bələdiyyə sədri Mustafa Demir, və iş adamı Ali Ağaoğlunun da olduğu 50 nəfər məhkəməyə çıxarılıb.

Türkiyə KİV-i xəbər verir ki, xəstəxanada növbəti dəfə sağlıq nəzarətindən keçiriləndən sonra iş adamı Rza Zərrab da məhkəməyə gətirilib.

Türkiyə mətbuatı diqqət çəkən məqamlardan biri kimi polislərin Süleyman Aslan və Rza Zarrabın qolundan tutduğunu, məhkəməyə gətirilənlərdən təkcə nazirin oğlu Barış Gülerin qoluna girmədiyini vurğulayıblar.

Bu arada İstanbul Baş Polis İdarəsində 14 vəzifəli şəxs işdən azad edilib.

Xatırladaq ki, "rüşvət əməliyyatı" olayından sonra 50-dən çox polis rəsmisi vəzifəsiini itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol