Menu

ABŞ prezidentliyinə daha bir iddiaçı ortaya çıxdı

14.04.2015, 09:49
ABŞ prezidentliyinə daha bir iddiaçı ortaya çıxdı

Florida ştatının respublikaçı senatoru Mark Rubio ABŞ prezidentliyinə iddiaçı olmaq niyyətini bəyan edib. Musavat.com xarici qaynaqlara istinadən xəbər verir ki, az öncə onun Florida ştatlının qubernatoru Ceb Buş (eks-prezident, kiçik Corc Buçun qardaşı-red.) və senatorlar Rend Pol və Ted Kruzla birgə Respublikaçılar Partiyasının favoriti olduğu üzə çıxıb.

Rubio hesab edir ki, prezident olmaq üçün “nadir keyfiyyətlər toplusu”na malikdir. Respublikaçılar Partiyasının “doğan günəşi” adlandırılan 43 yaşlı siyasətçi bu barədə Mayamidə seçki kampaniyasının potensial sponsorları qarşısında çıxışı zamanı deyib.

O, vəd edib ki, qalib gələcəyi təqdirdə “Amerika arzusu”nu müdafiə edəcək.

Rubio seçkilərə qatıldığını bəyan eləmiş Hillari Klintonu “dünənki günün lideri” adlandırıb.

ABŞ-da növbəti prezident seçkiləri gələn ilin payızında keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol