Menu

Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb

14.04.2015, 11:10
Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb

Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 11,2 faiz, sərnişindaşıma tarifləri isə 0,8 faiz bahalaşıb. Hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,9 faiz, digər xarici ölkələr üzrə 6,9 faiz bahalaşma müşahidə olunub. Yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 4,2 faiz ucuzlaşsa da, yükdaşıma tarifləri sabit qalıb.

Dəniz nəqliyyatında yükdaşıma tarifləri MDB və digər xarici ölkələr üzrə müvafiq olaraq 30,2 və 32,2 faiz bahalaşıb. Sərnişindaşıma tarifləri isə sabit qalıb. (lent.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol