Menu

Bakıda evlər dollarla ucuzlaşıb, manatla bahalaşıb

14.04.2015, 11:25
Bakıda evlər dollarla ucuzlaşıb, manatla bahalaşıb

2015-ci ilin mart ayında paytaxtın daşınmaz əmlak bazarında qiymətlər dollarla17,92% azalıb, manatla isə əksinə 9,87% artıb. Bu barədə fins.az-a “MBA” Konsaltinq və Qiymətləndirmə şirkətinin prezidenti Nüsrət İbrahimov məlumat verib. Onun sözlərinə görə, yaranmış vəziyyət Azərbaycanda milli valyutanın kəskin ucuzlaşdırılması ilə bağlıdır.

“Novostroyka”lar 16%, köhnə mənzillər 15% ucuzlaşıb

Bazarın ayrı-ayrı seqmentlərinə gəlincə isə, məsələn, martda mənzil bazarında ümumi qiymətlər dollarla 15,2% azalıb, manatla 13,51% artıb.

İlkin mənzil bazarında dollarla 16,38% ucuzlaşma, manatla isə 11,94% bahalaşma qeydə alınıb. Nəticədə yeni mənzillərin hər m2-in orta qiyməti 1149 dollar təşkil edib. Fevralda isə bu rəqəm 1374 dollar olub.

Təkrar mənzil bazarında isə dollarla 14,8% azalma, manatla isə 14,05% artım baş verib. Nəticədə köhnə mənzillərin hər m2-nin orta qiyməti 1796 dollar təşkil edib. Fevralda isə bu rəqəm 2108 dollar olub.

Torpaq sahələri 21% ucuzlaşıb

MBA-nın monitorinqinə görə, ötən ay Bakıda torpaq sahələrinin qiyməti dollarla 20,88% azalıb, manatla 5,9% artıb. Beləliklə, paytaxda torpağın bir sotunun orta qiyməti 15844 dollar təşkil edib. Fevralda isə qiymət 20025 dollar olub.

Kommersiya obyektləri 17% ucuzlaşıb

Keçən ay Bakıda kommersiya obyektlərinin qiyməti dollarla 17,27% azalıb, manatla isə 13,56% artıb. Mart ayında hər m2 üçün orta qiymət 3748 dollar olub. Fevralda isə bu rəqəm 4418 dollar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol