Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun növbəti məhkəmə prosesi keçirilib.Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, məhkəmə prosesində təqsirləndirilən şəxsin vəkilləri çıxış ediblər.
Daha sonra hakim 5 dəqiqəlik fasilə elan etsə də, həmin fasilə 1 saata qədər davam edib.
Fasilədən qayıdan məhkəmə heyəti artıq nahar vaxtı olduğuna görə məhkəmə prosesini sabah saat 10:30-a qədər təxirə salıb.


Şərhlər