Menu

Yəməndə Əl-Qaidə lideri öldürüldü

15.04.2015, 09:26
Yəməndə Əl-Qaidə lideri öldürüldü

ABŞ onun yerini bildirəcək şəxsə 50 miyon dollar pul mükafatı vəd etmişdi.

Yəməndə hökm sürən döyüşlərdə Əl-Qaidə lideri məhv edilib. Anspress-in məlumatına görə, beynəlxalq terror təşkilatı Əl-Qaidənin ideolji lideri hesab edilən İbrahim əl-Rubaiş pilotsuz təyyarələrdən birinin açdığı atəş nəticəsində öldürülüb.

Əl-Qaidə nümayəndələri əl-Rubaişin bir neçə döyüşçü ilə birlikdə Yəmənin cənub-şərqində öldürüldüyü barədə xəbər yayıb.

Bundan əvvəl, Amerika Birləşmiş Ştatları (ABŞ) əl-Rubaişin yerini bildirəcək şəxsə 50 miyon dollar pul mükafatı vəd etmişdi.

O, 2002-ci ildə yaxalanaraq Quantanamo həbsxnanasında saxlanıldıqdan sonra 2006-cı ilə sərbəst buraxılmışdı.

Həbsdən sonra yenidən terror fəaliyyətinə qayıdan əl-Rubaiş 2013-cü ildən bəri Yəməndəki Əl-Qaidənin liderlərindən biri kimi tanınırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol