Menu

Vergilər Nazirliyi proqnoz tapşırığına 103% əməl edib

15.04.2015, 15:17
Vergilər Nazirliyi proqnoz tapşırığına 103% əməl edib

I rübdə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1,6 mlrd. manat daxil olub

Bu ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 600 mln. 752 min manat vəsait daxil olub.

Nazirliyin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da proqnoz tapşırığına 103% əməl edilib.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının məbləği 1 mlrd. 55 mln. 742 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının ümumi daxilolmada xüsusi çəkisi 66% təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol