Menu

Prezidentliyə namizədliyini açıqladı, atasının qəbri dağıdıldı

15.04.2015, 20:02

klinton.04.07.10jpegHyu Rodhemin baş daşı sökülərək bir kənara atılıb

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun atası Hyu Rodhemin qəbri üzərindəki baş daşı dağıdılıb. Anspress-in məlumatına görə, ABŞ-ın Pensilvaniya ştatında, Skranton şəhərindəki qəbiristanlıqda Rodhemin baş daşı sökülərək bir kənara atılmış şəkildə tapılıb.

Yerli polis rəisi Karl Qrantsianonun sözlərinə görə, baş verən hadisə haqqında məlumat aprelin 14-də səhər verilib.

Qeyd edək ki, hadisədən cəmi bir gün əvvəl Hillari Klinton 2016-cı il ABŞ prezidenti postuna namizədliyini irəli sürdüyünü bəyan etmişdi.

Polis hazırda hadisə ilə bağlı araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol