Brent nefti dünən ABŞ-da xam neft ehtiyatlarında proqnozlardan az artım olması və ABŞ-da neft hasilatının azalacağı gözləntiləri ilə 5%-dən çox bahalaşdıqdan sonra 63 dolların üzərinə çıxaraq ilin ən yüksək səviyyəsini görüb.
ABŞ xam neftinin qiyməti də 56 dolları ötüb.
ABŞ-ın xam neft ehtiyatları gözlənildiyindən daha az artmış olsa da, ardıcıl 14-üncü dəfə rekord qıraraq 483.7 milyon barelə yüksəlib.
Neft ixrac edən ölkələr arasındakı danışıqlar neft hasilatının azaldılacağına dair spekulyasiyaya səbəb olub. Mütəxəssislər hazırda hasilatın azalmasını gözləmədiklərini ifadə edirlər. /"Marja"


Şərhlər