Menu

Müxalif liderdən baş nazirə MÜRACİƏT: “Ortaq mətn hazırlayaq və imzalayaq"

16.04.2015, 17:04
Müxalif liderdən baş nazirə MÜRACİƏT: “Ortaq mətn hazırlayaq və imzalayaq"

Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnamə Türkiyə siyasi dairələrinin əsas müzakirə mövzusudur. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri qətnamə ilə bağlı baş nazir Əhməd Davudoğluna müraciət edib.

CHP lideri müraciətində bildirib ki, baş nazirlə birgə Avropa Parlamentinin qətnaməsinə etiraz əlaməti olaraq ortaq bir mətn hazırlaya bilərlər.

“Biz bu ortaq mətni imzalaya da bilərik. Bu məsələdə fikirlərimiz eynidir. Bu sahədə hər hansı bir problem yoxdur”,-deyə Kamal Kılıçdaroğlu bildirib.

Kamal Kılıçdaroğlu Türkiyə hökumətinin yürütdüyü siyasəti kəskin tənqid edən aparıcı siyasi fiqurlardan biridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol