Menu

Putin: «Avropa «çat verir»!

16.04.2015, 17:33
Putin: «Avropa «çat verir»!

«ABŞ-ın dövlət borcu isə «həyacan» doğurur...»

Avrozonanın çoxsaylı problemləri, o cümlədən, borclu ölkələr problemi var. İndi o, «çat verir». Bu fikri Rusiya prezienti Vladimir Putin «birbaşa xətt»lə sualları cavablandırarkən səsləndirib: «Burada borclu ölkələrin vəziyyəti necə olacaq? Onların borcu Ümumi daxili məhsulun 174 faizinə çatıb. Avrozonanın liderləri bunun öhdəsindən gələ biləcəklərmi? Məlum deyil...»

Prezident eyni zamanda xatırladıb ki, hazırda ABŞ-ın dövlət borcu yüksək həddə çatıb və bu da nəinki ABŞ üçün, həm də bütün dünya iqtisadiyyatı üçün "həyacan siqnalı"dır: «Birləşmiş Şatatların dövlət borcu artıq bu ölkənin Ümumi daxili məhsulunun həcmini ötüb keçib. Situasiyanın necə dəyişəcəyi isə hələlik məlum deyil... »

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol