Menu

Beynəlxalq Valyuta Fondunun keçmiş direktoru həbs edilib

17.04.2015, 09:16

imf1Madriddə Beynəlxalq Valyuta Fondunun sabiq vitse-prezidenti həbs edilib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, EFE agentliyinin məlumatına əsasən İspaniyanın keçmiş iqtisadiyyat naziri və “Bankia” maliyyə qrupunun sabiq rəhbəri Rodriqo Rato evinə üç saat keçirilmiş baxışdan sonra saxlanılıb.

Bəzi KİV-lər məlumatına görə, R.Rato baxışdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Rodriqo Rato 12 mln avro çirkli pulların yuyulmasında və aktivlərin gizlədilməsində ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol