Menu

24 dərəcə isti olacaq - Proqnoz

17.04.2015, 13:19

spring-blossom-sunshine havaBakıda və Abşeron yarımadasında aprelin 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin səhər bəzi dağlıq ərazilərdə çiskinli yağış yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 17-22, bəzi yerlərdə 24, dağlarda gecə 1-6, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol