Menu

Narkotik alverində təqsirləndirilən şəxsə bəraət verildi

17.04.2015, 17:19

ermeni kesfiyatci mehkeme hebsBakı Apelyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Araz İsazadənin apelyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə onun barəsində çıxarılan hökm ləğv edilib və bəraət hökmü çıxarılıb.

Qeyd edə ki, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən təqsirləndirilən A. İsazadə Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol