Menu

Rusiyada işsizlik kütləvi hal alır

19.04.2015, 00:15
Rusiyada işsizlik kütləvi hal alır

Kurqan avtobus zavodu bağlanmaq üzrədir

Rusiya KİV-nin yaydığı məlumata görə («Rosbalt»), RF-də işsizlərin sayı (ölkə əhalisinin iqtisadi fəal hissəsinə hesablamaqla) 2015-ci ilin martında 5,9 faiz təşkil edib. Bu rəqəm hesabat ilinin fevralında 5,8 faiz, yanvar ayında isə 5,5 faiz olub. Rəqəmləri Federal dövlət statistika xidməti (Rosstat) açıqlayıb.

Hesabatda deyilir ki, bu ilin fevralında ölkədə işsizlərin sayı ötən ilin uyğun dörü ilə müqayisədə 2,1 faiz artaraq, 4 milyon 503 min nəfər təşkil edib.

Seçmə üsulu ilə aparılmış araşdırmanın nəticələrinə görə, 2015-ci ilin martında ölkədə iqtisadi fəal əhalinin sayı 76,1 milyon nəfər və ya əhalinin ümumi sayının 52,0 faizini təşkil edib.

Bu fonda xəbər verilir ki, Kurqan avtobus zavodunun 259 nəfər işçisi işini itirmək təhlükəsi ilə üz-üzədir. Bunu Kurqan vilayəti üzrə əmək və məşğulluq baş idarəsi rəisinin müavini Zinaida Surkova deyib.

Digər bir xəbərdə isə vilayətin birinci vitse-qubernatoru Sergey Putminə istinadən bildirilir ki, «QAZ qrupu» rəhbərliyi ilə aparılan danışıqların nəticəsinə görə, bütün çətinliklərə baxmayraq (zavodun məhsuluna tələbatın aşağı düşməsinə rəğmən) avtobus zavodu işini davam etdirəcək.

Kurqan avtobus zavodunun bağlanacağı barədə xəbərlər hələ ötən sonlarında yayılmağa başlayıb. Müəssisənin kollektivi 400 nəfərdən ibarətdir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol