Menu

Liviya sahillərində 700-dək miqrant batıb, 49 nəfər xilas edilib 

20.04.2015, 10:13
Liviya sahillərində 700-dək miqrant batıb, 49 nəfər xilas edilib 

Qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən ən irimiqyaslı gəmi qəzası baş verib

Liviya sahillərində batan gəmidəki 700 nəfərdən 49-u xilas edilib, 24 nəfərin isə cəsədi çıxarılıb. APA-nın xəbərinə görə, bunu Türkiyənin Anadolu Agentliyinə BMT-nin Yüksək Komissarlığının sözcüsü Federiko Fossi deyib.

Fossi xilasetmə əməliyyatının davam etdiyini bildirib.

İtaliya hökuməti hadisə ilə bağlı fövqəladə toplantı keçirir.

Qeyd edək ki, ötən gecə İtaliyanın Lampeduza adasından 200 km cənubda içərisində 700 nəfər qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrant olan gəmi batıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol