Menu

Xoşqədəm Hidayətqızının verilişinin yeni adı bəlli oldu

20.04.2015, 11:09
Xoşqədəm Hidayətqızının verilişinin yeni adı bəlli oldu

ATV-dən qalmaqalla ayrılan Xoşqədəm Hidayətqızının yeni verilişinin adı məlum olub. "Qafqazinfo" xəbər verir ki, həftənin bazar günündən ANS-də yayımlanmağa başlayacaq verilişin adı "Xoşqədəmlə axtarıram səni" olacaq.

Qeyd edək ki, Müəllif Hüquqları Agentliyinin "Səni axtarıram" adı ilə ATV-də yayımlanan verilişlə bağlı qərarına əsasən “Səni axtarıram” əsərinə şəxsi hüquqlar, o cümlədən ssenariyə müəlliflik hüququ Xoşqədəm Hidayətqızına məxsusdur. Bu isə o deməkdir ki, ATV ilə əmək müqaviləsinə xitam verildikdən sonra, o, ssenariyə əsaslanaraq, verilişi digər formatda, o cümlədən digər ad altında hazırlaya və istənilən telekanal vasitəsilə yayımlaya bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol