Menu

Putinin adı qara siyahıya salına bilər

22.04.2015, 19:02
Putinin adı qara siyahıya salına bilər

putinUkraynanın Ali Radası Milli Təhlükəsizlik və Müdafiə Şurasına Rusiyada həbsdə olan keçmiş pilot Nadia Savchenkonun məsələsi ilə bağlılığı olan Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi məsləhət görüb.

Siyahıya prezident Vladimir Putin, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikobv və İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastirkin də daxil olmaqla 35 nəfərin adları salınıb.

Ukrayna deputatları Rusiya prezidenti Vladimir Putini Savchenkonu azadlığa buraxmağa çağıran qətnamə qəbul ediblər.

Savchenko ötən ilin iyulunda Ukraynanın şərqində 2 Rusiya jurnalistinin ölümündə ittiham olunur.

Rusiyanın iddiasına görə jurnalistlərin yerini hərbçilərə o deyib.

Ukraynanın şərqindəki rusiyapərəst separatçılar onu oğurlayaraq Moskvaya veriblər. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol